25 sentyabr 2020 17:56
668

"Neftçi"nin yeni transferi milliyə çağırıldı

"Neftçi"nin yeni transferi Prins İbara Konqo millisinə dəvət alıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu oktyabrda Qambiya yığması ilə yoldaşlıq oyunu üçün milliyə çağırılıb.

Yığmanın baş məşqçisi Valdo Filo Portuqaliyada təşkil olunacaq matç üçün ümumlikdə 21 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsus İbara mövsümün sonunadək "Neftçi"də icarə əsasında çıxış edəcək.