31 oktyabr 2020 10:52
754

Neftimiz 37,53 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 37,53 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ və Avropada koronavirusa yoluxma hallarının artması, eləcə də Liviyada neft obyektləri və limanlardakı fors-major vəziyyət aradan qaldırıldıqdan sonra istehsalın yenidən başlaması nəticəsində bazarlarda tədarüklə bağlı yaranan narahatlıqlar “qara qızıl”ın qiymətlərinin ucuzlaşmasına səbəb olur.