26 yanvar 2019 11:10
270

Neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 61,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar bahalaşaraq 53,69 dollar təşkil edib.