20 mart 2020 15:27
630

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar artaraq 29,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,11 dollar bahalaşaraq 26,33 dollar təşkil edib.