06 avqust 2020 16:14
796

Nəsimi rayonunda parkda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar xəttinə Nəsimi rayonunun A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub.

FHN-dən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.