01 iyul 2020 10:28
210

Netf bahalaşıb, təbii qaz isə...

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,04% artaraq 1 barrelə görə 41,70 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 1,25% artaraq 39,76 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,99% azalaraq 1,722 ABŞ dolları təşkil edib.