21 yanvar 2021 15:04
760

“Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çatıb

Ötən ilin nəticələrinə görə “Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çataraq 200 milyondan çox abunəçi toplayıb.

"İki sahil" qazeta.ru saytına istinadla xəbər verir ki, striminq platformasının əldə etdiyi uğura COVID-19 pandemiyası, orijinal kontent həmçinin “Korona” və “Kraliçanın gedişi” serialların nümayişi səbəb olub.