20 aprel 2016 22:45
4125

Əməyin təhlükəsizliyi qaydalarının etibarlı qorunmasına nəzarət etmək vəzifə borcumuzdur

SOCAR-ın “Qaz İxrac” İdarəsində (Qİİ) əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində önəmli işlər görülür. İstehsalat uğurları ilə yanaşı, insan amilinin önə çəkilməsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin təhlükəsizlik qaydalarının etibarlı qorunması daim nəzarətdə saxlanılan sosial prinsiplərdir. Ötən ildə bu istiqamətdə görülmüş işlər və cari ildə qarşıda duran məsələlər barəsində idarə rəisinin əməyin mühafizəsi üzrə müavini Sarxan Babaşov “İki sahil” qəzetinə məlumat verərək demişdir:

-Ötən il ərzində “Qaz İxrac” İdarəsinin obyektlərində tərtib olunmuş qrafikə əsasən İdarənin Daimi fəaliyyət göstərən komissiyası (DFK) və Təhlükəsizlik, Ekologiya və Standartların İdarə Edilməsi şöbəsinin ( TESİEŞ) işçiləri, eləcə də nəzarətedici orqanlar (FHN-in Dağ Mədən Nəzarət Dövlət Agentliyi, FHN DYMX-nin SOCAR üzrə YMİ, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR-ın Ekologiya İdarəsi), SOCAR - ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsi tərəfindən Qİİ-nin obyektlərində əmək şəraitinin vəziyyəti yoxlanılmış və aşkar edilmiş pozuntuların əksəriyyəti görülmüş tədbirlər nəticəsində aradan qaldırılmışdır. İdarədə əməyin mühafizəsinə dair bütün işlər DFK-nın plan-qrafiki, TESİEŞ-nin iş planı, əmrlər  və müvafiq sərəncamlar əsasında görülmüşdür. Bütün peşələri əhatə edən iş növlərinin siyahısı hazırlanmış və müvafiq qaydada təsdiq edilmişdir. Abşeron, Astara, Ağdaş, Ağdam, Hacıqabul, Siyəzən və Qazax MQKS-lərin fəhlələri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair peşə, iş növləri və ümumi işlər üzrə təlimat topluları hazırlanmışdır. Abşeron və Astara MQKS-lərin Kompressor stansiyalarının, Korroziyadan Mühafizə Xidmətinin və Abşeron MQKS-in digər fəhlələri üçün, Ağdam və Ağdaş MQKS-in Korroziyadan Mühafizə Xidmətinin və Ağdam MQKS-in digər fəhlələri üçün, Siyəzən MQKS-in Kompressor Stansiyasının, Korroziyadan Mühafizə Xidmətinin və Siyəzən MQKS-in digər fəhlələri üçün, Hacıqabul MQKS-in Kompressor Stansiyasının, Korroziyadan Mühafizə Xidmətinin, yüksək gərginlikli elektrik xətlərinin təmiri xidmətinin və Hacıqabul MQKS-in digər fəhlələri üçün, Qazax MQKS-in Korroziyadan Mühafizə Xidmətinin və MQKS-in digər fəhlələri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair peşə, iş növləri və ümumi işlər üzrə təlimat topluları hazırlanmış və müvafiq qaydada təsdiq edilmişdir. “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən bütün MQKS-lər, həmçinin KS - lər üçün Təhlükəsizlik Bəyannamələri və Qəzaların ləğvi planı işlənib hazırlanaraq yerlərə göndərilmişdir.

MQKS-nin obyektlərində əmək şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. O cümlədən Astara MQKS-in inzibati ərazisində mühafizə postu üçün yeni gözətçi binası tikilmiş, əraziyə asfalt örtüyü çəkilmişdir. Astara, Tüklə, Masallı, Alvadı, İmişli QPS-lərində yanğın su hovuzunun tikintisi başa çatdırılmışdır. Astara, Ərçivan, Şahağac, Xarxatan, Biləsuvar, Alvadı, Rvo, Masallı, Lerik QPS-lərində operator binalarında təmir işləri aparılmışdır. QPS-lərin yollarına qum və çınqıl tökülmüş və təmir edilmişdir.  Abşeron MQKS-in “Mərdəkan-Bağları” QPS-nin girişinə yol çəkilmiş, asfalt örtüyü salınmış, “Sement-zavod” QPS-də yeni operator otağı tikilib istifadəyə verilmişdir. Siyəzən MQKS-in Xaçmaz, Xudat, Qusar, Yalama və Şirvanovka QPS - ləri yeni operator evciyi ilə təmin edilmiş, Siyəzən MQKS-in inzibati binası təmir olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir. Hacıqabul MQKS-in Şamaxı, Cuxuryurd, Kəndoba, Ələt, Duvannı QPS-də, Azadkənd ÖQ, Hacıqabul KS-də, Səngəcal XİX-də, Hacıqabul QBX və Hacıqabul XİX-də yenidənqurma və tikinti işləri başa çatdırılmışdır. Fəhlə və qulluqçular üçün müasir tələblərə cavab verən məişət otaqları və xidməti otaqlar tikilmişdir. Ağdam MQKS-in Kövər QPS-də operatorlar üçün yeni bina tikilib təhvil verilmişdir. Ağcabədi QPS-nin binası, Xanlıqlar, Zəhmət QTM-lərində su hovuzları əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Çənlibel və Gədəbəy QPS-lərində isə yeni yerüstü su hovuzları tikilmişdir.

Ekologiya İdarəsi tərəfindən Qİİ-nin MQKS-lərinin obyektlərində mütəmadi olaraq dezinfeksiya və deratizasiya işləri aparılmışdır. MQKS-lərin ərazilərində çalışan işçilərin həyatını ilanlardan və digər zəhərli həşəratlardan qorumaq məqsədilə bioloji dərman vasitələri alınmış və Ekologiya İdarəsinin işçiləri tərəfindən yerlərdə ümumi dezinfeksiya tədbirləri aparılmışdır. Qİİ-nin obyektlərində yerləşən ilkin yanğınsöndürmə vasitələri komplektləşdirilmiş, mövcud yanğınsöndürmə vasitələri təftiş edilmiş, aşkar olunan nöqsanlar dərhal aradan qaldırılmışdır. Fəhlə və qulluqçularla yanğın təhlükəsziliyi mövzusunda təkrar təlimatlandırma aparılmışdır. Könüllü yanğın dəstələri üçün məşğələlər keçirilmiş, daxili və xarici yanğınlara qarşı su təchizatının texniki vəziyyəti mütəmadi olaraq yoxlanılmış, aşkar olunan nöqsanlar aradan qaldırılmış, qaynaq və odlu işlər zamanı yanğına qarşı tədbirlərin icra edilməsinə nəzarət gücləndirilmişdir. İşçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Təlim - Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) “SOCAR-in ekoloji siyasəti”, “İlk tibbi yardım” (Sağlamlıq, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi), Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində “Əməyin mühafizəsi” mövzusunda kurslar keçirilmiş və kursu bitirənlərə sertifikatlar verilmişdir. DFK-nin üzvləri tərəfindən MQKS-lərdə əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması ərəfəsində işçilərin maarifləndirilməsi məqsədilə “Enerji mənbələrinin təcrid edilməsi-elektrik işləri”, “Yanğın zamanı odsöndürmə vasitələrindən ilkin istifadə qaydaları” və “Fövqəladə hallar vaxtı işçilərin təhlükəsizliyinin təmin edilməsi - təxliyə” mövzularında təqdimatlar keçirilmişdir. Tərtib edilmiş plan üzrə nəzərdə tutulan işçilər dövri tibbi müayinədən keçmişlər. İlkin tibbi yardım qutularında vaxtı keçmiş dərmanların yenisi ilə əvəz edilməsi üçün dərman dəstləri, ilan sancmalarına qarşı polivalent zərdabları (antigürzə), yuyucu vasitələr, plakat və təhlükəsizlik nişanları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ekologiya üzrə kitab və jurnallar alınmışdır. İl ərzində idarədə bədbəxt hadisə və peşə xəstəliyi qeydə alınmamışdır. Abşeron, Hacıqabul, Ağdam, Ağdaş MQKS-lərdə iş yerlərinin pasportlaşdırılması aparılmış, pasportlaşdırmadan sonra zərərli iş yerləri təyin edilmiş və buna əsasən müvafiq tədbirlər görülmüşdür. Ötən il ərzində Qİİ-nin işçiləri xüsusi geyim, ayaqqabı, digər FMV və qoruyucu vasitələrlə tam təmin olunmuşdur.

Magistarl qaz kəmərləri şəbəkəsi ilə nəql olunan qazın tərkibindəki maye və mexaniki qarışıqlardan tam təmizlənməsi məqsədilə QPS-lərdə olan separatorlar mərhələlərlə “SOCAR KPŞ” tərəfindən təftiş olunaraq sınaq işləri aparılmış və istismara yararsız separator yenisi ilə əvəz olunmuşdur. Sınaq olunmuş separatorlar pasportlaşdırılmışdır. İllik iş proqramı çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində aşağıdakı tədbirlər həyata keçirilmişdir;

İdarədə və struktur bölmələrində formalaşan təhlükəli tullantılar Ekologiya İdarəsinin Qaradağ Tullantı Mərkəzinə təhvil verilmişdir. Çirkab suları “Azərsu” ASC ilə bağlanmış müqavilə əsasında kanalizasiya şəbəkələrinə axıdılmış, eləcə də şambolara toplanmış çirkli sular xüsusi avtonəqliyyat vasitələri ilə daşınmışdır. İl ərzində 11 656.087 ton tullantı, 469,32m3 kondensat təhvil verilmişdir. İlin yaz-yay mövsümündə iməciliklər zamanı 3 825, payız-qış mövsümündə isə 3 593 ədəd ağac və gül kolları əkilmişdir və yaşıllaşdırma sahələri genişləndirilmişdir.

Sarxan Babaşov qeyd etdi ki, qaz sızmalarının qarşısını almaq üçün “Qazıməmməd-Qazax” (1-ci xətt) 1020 mm Magistral Qaz Kəmərinin 0-210 km arası hissəsinin yenidən qurulmasına başlanmışdır. Bu istiqamətdə boru kəmərinin çəkilmiş olan 24 kilometrinin Ekologiya İdarəsi tərəfindən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi işlənib hazırlanmışdır. Ekoloji aspektlər aşkar edilmiş və qiymətləndirilərək qəbul edilə bilən həddə endirilmişdir. Bütün MQKS -lər üçün Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən “Atıla bilən tullantı həddi”, “Təhlükəli Tullantıların Pasportlaşdırılması” və “Ekoloji Pasportlar” texniki normativ sənədləri hazırlanmış və ekoloji tarazlığın qorunması, ətraf mühütin mühafizəsi kimi işlər görülmüşdür. İdarə öz fəaliyyətini milli qanunvericiliyə uyğun olaraq, ISO 9001, ISO 14001 və OHSAS 18001 Beynəlxalq standartlarının tələbləri səviyyəsində qurmuşdur. İlin əvvəlindən Ağdam və Siyəzən MQKS-lərin fəaliyyətini mövcud standartların əhatə dairəsinə daxil etmək məqsədilə bir sıra işlər görülmüş, İdarə aparatı üzrə bütün işçi personalı ilə maarifləndirmə həyata keçirilmişdir. Eyni zamanda İdarəetmə aparatında şöbələr üzrə fərdi qaydada maarifləndirmə işləri aparılmış, işçi personal Beynəlxalq standartların əhəmiyyəti və müəssisədə tətbiqi haqqında geniş məlumatlandırılmışdır. Abşeron, Ağdam və Siyəzən MQKS-lər üzrə də maarifləndirmə işləri həyata keçirilmiş və Beynəlxalq standartlar haqqında geniş məlumat verilmişdir. İdarə üzrə təhlükəsizlik riskləri və ekoloji aspektlər müəyyən edilmiş, görülmüş tədbirlər nəticəsində qəbul edilə bilən həddə endirilmişdir. İl ərzində görülən işlərin icra vəziyyətinin yoxlanması və sistemin müəssisədə necə çalışdığını yoxlamaq məqsədilə idarə aparatı, Abşeron, Ağdam və Siyəzən MQKS-lərdə daxili audit keçirilmişdir. Daxili və xarici audit zamanı aşkarlanmış bütün uyğunsuzluqlar verilən vaxt ərzində aradan qaldırılmışdır. Keçirilmiş auditlərin nəticələri qənaətbəxş olmuş, Ağdam və Siyəzən MQKS-ləri ISO 9001, ISO 14001 və OHSAS 18001 Beynəlxalq standartları Sertifikatlarına layiq görülmüşdür. İdarənin şöbə və bölmələrində cavabdeh şəxslərin iştirakı ilə üç günlük kurs keçirilmiş və 38 nəfər ISO 9001 “Keyfiyyyət idarəetmə sistemi” üzrə sertifikatlaşdırılmışdır. İdarəyə İSO 50001 “Enerji idarəetmə sistemi” tətbiq olunması üzrə işlərə başlanılmışdır. Bununla əlaqədar 13 nəfər işçi sözügedən standart üzrə TTSİ -də təlim keçmişdir.

Söhbəti qələmə aldı

Həzi Həsənli