KÖŞƏ

Elçin Zaman

Orduxanın ermənidən artıq erməni olması

01 mart 2018 00:05
8590

Vicdanın susduğu yerdə şeytan at oynadar: necə ki, dağıdıcı müxalifət Orduxanın bu satqınlığına susmaqla bəraət qazandırır

Avropada məskunlaşmış Orduxan Teymurxan şərəfsizliyin pik nöqtəsinə yüksəlmiş bir pislikdir. Erməni dığalarının köləsinə çevrilmiş bu şərəfsiz gədə məhz Xocalı soqırımı ərəfəsində erməniləri az qala mələk donunda göstərməyə çalışması, onların vandalizm hərəkətlərinə bəraət qazandırması bir daha sübut edir ki, o, tamamilə erməni maliyyəsindən asılıdır.

Dünya ictimaiyyətinin ermənilərin törətdikləri Xocalı soyqırımını pislədiyi indiki bir vaxtda onun durub Avropada ermənilərə dəstək olması bir daha göstərdi ki, onların Azərbaycan hakimiyyətinə qarşı apardığı riyakar mübarizədə milli mənafeyə xidmət edən heç nə yoxdur. Diqqət edin: ermənilərin işğal etdikləri ərazilərimizdəki tarixi abidələrimizi, azərbaycanlıların uyuduqları qəbiristanlıqları dağıtmasını bütün dünya, hətta UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar pislədiyi və bunu vandalizm adlandırdığı halda bu erməni xislətli iddia edir ki, ermənilər bizim qəbirstanlıqlarımızı dağıtmayıblar. Ermənipərəstlik onun gözünü o qədər tutub ki, o hətta Üzeyir Hacıbəyovun və Xan qızı Natəvanın aidələrinin güllənməsini belə unudub. Təbii ki, siyasi mübarizəni aparanda da ziyalı kimi, vətənpərvər kimi aparmaq lazımdır. Ancaq erməni puluna satılanlarda belə qeyrət və ləyaqət axtarıb tapmaq qətiyyən mümkün deyil.

 Burada bir məsələni də vurğulamaq lazımdır ki, Orduxan adlı birgədənin bu antimilli çıxışını özlərini müxalifətin öndə gedənləri adlandıranlar  belə pisləmədilər . Ona görə ki, Orduxan Teymurxan antimilli fəaliyyətlə məşğuldursa demək onlar üçün “milli qəhrəman”dır. Biz dağıdıcı müxalifətdə belə halları ilk dəfə deyil ki, müşahidə edirik.  Xatırladım ki, ermənipərəst Əkrəm Əylislinin  yazdığı “Daş yuxular” adlı antiazərbaycan ruhlu cızmaqara xalqımızı nəinki  təhqir və qınaq obyektinə çevirməyə, eyni zamanda, 20 faiz torpağımızı işğal etmiş ermənilərin bizə qarşı apardıqları saxta idelogiyaya xidmətə yönəldiyi bir vaxtda bir qrup əkrəmxislətli müxalifətçi “yazarlar” bəyanat verərək  onun müdafiəsinə qalxmışdılar. Təbii ki, orduxanpərəstlərin və əkrəmpərəstlərin məntiqinə söykənsək onlar da erməniləri müdafiə edir, azərbaycanlıları barbar, vəhşi, erməni qatili kimi qəbul edirlər.

Dünən Əkrəmi, bu gün Orduxanı müdafiə edənlərin bir məqsədləri var: onların timaslında Azərbaycanda “əzilən”, “incidilən” bir ziyalı obrazı yaratmaq və bundan dövlətə, hakmiyyətə qarşı qara piar kimi istifadə etmək? Yazıqlar olsun vicdanlarını və millətini belə ucuz ambisiyalara xərcləyənlərə. Ən biabrçı hadisə isə odur ki, özünü ana müxalifətin lideri elan etmiş Əli Kərimli və Cəmil Həsənli həmişə bu Orduxan şərəfsizin tərəfini tumağa çalışıblar.

Bu gün haqlı olaraq sual olunur: Əkrəm və Orduxan kimi ermənixislətlləri müdafiə edən dağıdıcı müxalifət hansı haqla qarşıdan gələn seçkiləri boykot etməyə çağırır? Azərbaycan xalqının aşağılandığı bir məqamda onlar millətin və dövlətin yanında olmaqdansa ermənipərəst Orduxanla bir sırada dayanırlar. Əslində, bu, dolayısı ilə saxta erməni soyqırımı iddiasına haqq qazandıran, Azərbaycan torpaqlarına riyakarcasına iddia edən, hətta onun 20 faizini işğalda saxlayan Ermənistana ideloji dəstək verən Əkrəmin və Orduxanın sırasının antimilli müxalifətçilərin hesabına genişlənməsi deməkdir.

Təbii ki, Orduxanın belə antimilli çıxışı dağıdıcı müxalifətin dəstək istədiyi xalqı təhqir etməsidir. Niyə Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər tərəfindən bu ləyaqətsizə kəskin cavablar verilmir?  Əlbəttə ki, Orduxana haqq qazandırmaq üçün gərəkdir ki, vicdanın tam susmuş olsun. Vicdanın susduğu yerdə isə şeytan at oynadar.

Dağıdıcı müxalifətin Orduxanı və onun Avropadakı həmkarlarını  müdafiə etməsi onların bütün siyasi fəaliyyətlərinin, xalqayönəlik, pafoslu çıxışlarının saxta, qeyri-səmimi olmalarını bir daha təsdiq edir.

Orduxanın çıxışı dünya erməniliyinə xas irinli, antitürk əhval-ruhiyyəsi qabarıq görünən bir rəzalətdir, milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının əleyhinədir. Qəlbində Vətən sevgisi olan hər bir  azərbaycanlı bu çıxışı eşidəndən sonra yalanın, saxtakarlığın, nankorluğun belə şiddətli püskürüşünə hiddətlənməyə bilmir.

İndi elə məqamdır ki, burada nala-mıxa vurmaq keçmir.Ya bu millətləsən, ya deyilsən. Hər kəs üçün sabit və sağlam mövqe nümayiş etdirmək anıdır. Ona görə ki, Orduxan bu ermənipərəst çıxışı ilə yalnız  Vətənə, millətə deyil, həm də ailəsinə xəyanət edib. Bu faktdan sonra Orduxanın ermənidən artıq erməni olması artıq şübhə doğurmur.