24 fevral 2017 21:52
288

Bir damla qan, qurtarılan bir can

«Veysəloğlu» Şirkətlər Qrupu fevralın 24-də «Bir damla qan, qurtarılan bir can» adlı növbəti qanvermə aksiyası keçirdi. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi.

"İki sahil" xəbər verir ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşayiəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çox saylı əməkdaşları donor qismində iştirak ediblər.

Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var.

Orxan Vahidoğlu, «İki sahil»