KÖŞƏ

Sevinc Mürvətqızı

Seçkilərdən sonra Ermənistanda kəskin inflyasiya baş qaldırıb

06 aprel 2017 14:24
264

Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirildi. Seçkilərin nəticəsindən narazı qalan xalq müxtəlif şüarlar altında mitinqlər keçirsə də heç nəyə nail ola bilmədi. Çünki illərdir yarıtmaz siyasəti ilə uçurum kənarında olan Ermənistanı məhvə sürükləyən Sarkisyan rejimi, necə deyərlər, saxtakarlıqla bu seçkilərdən də qalib çıxdı. Seçkilərdən sonra ölkəni bürüyən ağır siyasi vəziyyət əlbəttə ki, iqtisadiyyata təsirsiz ötüşmədi. Belə ki, aparılan təhlillərdən aydın şəkildə görürük ki, ölkədə inflyasiya sürətlə artır, əhalinin maddi gəlirləri kəskin şəkildə aşağı düşməkdə davam edir. Hakimiyyət isə hələ seçki eyforiyasından ayılmayıb. Rəsmi dairələr inflyasiyanın nəzarətdən çıxdığını, vəziyyətin ağırlaşdığını etiraf etsələr də, Ermənistanın hakim rejimi həmin etirafları qulaqardına vurur. Bu yöndə, ümumiyyətlə, heç bir önləyici addım atmamaları bunu deməyə əsas verir.

Maraqlıdır ki, parlament seçkiləri başa çatar-çatmaz Ermənistanda sürətli bahalaşma halları qeydə alındı. Məsələn, artıq ölkənin mağazalarında bananın kilosu daha öncə 650-700 drama (1.3, 1.4 ABŞ dolları) satılırdısa, aprelin 2-dən sonra bu meyvənin qiyməti 730-750 drama qədər yüksəlib. Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, ölkəyə banan gətirən və bu sahədə yeganə şirkət olan “Ketrin qrup” Serj Sarkisyanın Respublika Partiyasından deputat seçilmiş Miqran Poqosyana məxsusdur. Nəşr bildirir ki, banandan əlavə, benzinin də qiyməti 330 dramdan 380 drama qədər yüksəlib. “Premium klass” benzini 350-dən 400-ə, “Super” markalı benzin isə qiymətinə görə 400-dən-420 drama qədər artıb. Eyni zamanda dizel yanacağı 10 dram artaraq 360 dram olub.

“Joxovurd” bunun da son olmadığını qeyd edərək xalqı bundan da ağır vəziyyət gözlədiyi barədə xəbərdarlıq edib: “İnflyasiyanın əsas dalğası may ayında, yəni İrəvan şəhər ağsaqqallar şurasına seçkilərdən sonra gözlənilir. Axı yenidən rüşvətlər veriləcək, xərclər olacaq və sonradan xərclənən pulların geri yığımına start veriləcək”.

Ermənistan əhalisinin səfalət içində boğulduğu bir vaxtda rüşvət yolu ilə alınan deputat mandatları ermənilərə heç də ucuz başa gəlməyəcək. Saxta yolla keçirilən parlament seçkilərindən sonra xərclənən pullar yenə də xalqın canından çıxarılır. Hər halda ölkə rəhbərliyinin apardığı siyasi kursun davamçıları da ona bənzəyəcək. Bir ölkənin prezidenti Cənubi Koreyada özəl klinikaların birində cavanlaşma proseduruna 185 min dollar xərcləyir, bununla müqayisədə deputatların mandatlara verdiyi pullar nədir ki?! Ona görə də erməni nəşrinin ortaya çıxardığı faktlardan təəccüblənməyə dəyməz. Bütün bu faktlar işğalçının iç üzünü açaraq, Ermənistan hakimiyyətinin idarəetmə üsulunun nədən ibarət olduğunu sərgiləyir, mənfur düşmənin siyasətinin hansı amillər üzərində qurulduğunu göstərir. 

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...