21 sentyabr 2020 14:22
700

“News24hours”: Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Rumıniyanın populyar “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etməsi barədə yazıb.

Portal dövlətimizin başçısının mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə fikirlərinə geniş yer ayırıb.

Portal yazır ki, Prezident İlham Əliyev Ermənistanın aqressiv dövlət olduğunu, bunun Azərbaycana, azərbaycanlılara qarşı aramsız təxribatlarda özünü bir daha göstərdiyini vurğulayıb. Xəbərdarlıq edib ki, Ermənistan çirkin planlarından əl çəkməsə, bu, onlar üçün çox ağır nəticələr verəcək.

“News24hours” Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirlərini də Rumıniya ictimaiyyətinə çatdırıb. //AZƏRTAC