15 oktyabr 2019 14:56
737

Neymar bir ay yaşıl meydanlardan kənar qalacaq

Braziliya millisinin və “Paris Sen Jermen”in hücumçusu Neymar Nigeriya komandası ilə yoldaşlıq oyununda zədələnib.

Tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Neymar təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Hücumçu bu səbəbdən UEFA Çempionlar Liqasında “Brügge” ilə və Fransa Liqasında “Nitsa”, “Marsel”, “Dijon” və “Brest”lə görüşləri buraxacaq.

Qeyd edək ki, braziliyalı futbolçu cari mövsümdə Paris təmsilçisinin heyətində keçirdiyi 5 oyunda dörd dəfə fərqlənib.