11 oktyabr 2019 17:14
118

Neymar üçün əlamətdar oyun

Braziliya-Seneqal yoldaşlıq oyunu Neymar üçün əlamətdar olub

Seneqalla yoldaşlıq oyunu Braziliya millisinin və “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar üçün əlamətdar olub.

27 yaşlı hücumçu bu görüşdə yığma komandanın heyətində 100-cü dəfə meydana çıxıb. Hücumçu bu göstəricidə Robinyoya çatıb və Braziliya millisində ən çox oynayan futbolçular sırasında “TOP-6”da yer alıb.

Qeyd edək ki, Braziliya yığmasının heyətində ən çox meydana çıxan futbolçuların siyahısına “Milan”ın sabiq müdafiəçisi Kafu başçılıq edir (142 oyun). Siyahıda Roberto Karlos (125 oyun), Dani Alves (117oyun), Lusio (105 oyun) və Klaudio Taffarel (101 oyun) də yer alıblar.