23 sentyabr 2020 10:40
616

Niderland millisinin yeni  baş məşqçisi bəlli olub

Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” Qol.az-a istinadən xəbər verir ki, komanda Frank de Bura tapşırılıb.

50 yaşlı mütəxəssislə gələn həftənin əvvəlindən gec olmayaraq iki illik müqavilə imzalanacağı bildirilib. Frank de Bur bu vəzifədə “Barselona”ya baş məşqçi təyin olunan Ronald Kumanı əvəzləyib.

Qeyd edək ki, niderlandlı çalışdırıcının son iş yeri ABŞ klubu “Atlanta Yunayted” olub. O, "Ayaks", "İnter", "Kristal Pelas"da da çalışıb.