KÖŞƏ

Vəli İlyasov

Nikol, bu, sənə dım-dım halvası deyil

23 oktyabr 2020 18:52
2065

Həmişə məzəli, sarsaq və əttökən ideyaları ilə özünü hamıya güldürən Ermənistanın başıboş baş naziri Nikol Paşinyan ordusunun Azərbaycan ərazilərində darmadağın edilməsi nəticəsində minlərlə əsgər və zabit leşlərini dərələrdə gizlədərək “qalib gəlmək planı” tapıb.

Sentyabrın 27-dən, yəni Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan tərəfindən Dağlıq Qarabağda əks-hücum əməliyyatlarının  aparıldığı döyüşlərdə məğlub olan Ermənistan rəhbərliyi xalqın gözündə “yenilməz”, “qüdrətli” olduğunu göstərmək üçün hər cür çirkin vasitəyə əl atır.

 Bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığı ilə bağlı bəyanat səsləndirən baş nazir Nikol Paşinyan bununla bir daha gənclərin həyatının və ordusunun leş yığnağına çevrilməsinin  onun üçün zərrə qədər əhəmiyyəti olmadığını sübut etmiş oldu. Paşinyan sürətlə geri çəkilmələrini “taktiki manevr” adlandıraraq bunun qəsdən edildiyini və müvəqqəti xarakter daşıdığını iddia edir. O, qalib gəlmək üçün xalqa çağırış edib. Hiss olunur ki, özü uydurduğu yalanlara özü də inanmağa başlayıb.

Hətta o, daha sonra öz feysbuk hesabında xalqa yazılı müraciət edərək öz-özünə ünvanladığı 6 suala düşük, əttökən cavab verməyə çalışıb. Döyüş səngərini avaralanığı küçələrlə dəyişik salan əfəl Nikol yeni cəfəngiyyatı ilə özünü yenə biabır edib. “Erməni xəstəliyi”nin daşıyıcısı olan baş nazir Paşinyanın  gülünc  strateji qələbə planı bunlardan ibarətdir:

1. Könüllü dəstə yaradın (minimum 30 nəfər).
2. Bir komandir seçin.
3. Hərbi komissarlığa müraciət edin.
4. Hərbi hissələrdən birində hazırlıq keçin.
5. Cəbhəyə yollanın.
6. Və qələbə.

Düşük Paşinyanın belə yarıtmaz qələbə planı ağlı başında olanlarda şübhəsiz ki, yalnız istehza doğurar. Əsgər analarının hərbi komissarlıqların qarşısında keçirdikləri etiraz aksiyalarını vecinə almayan baş nazir valideynlərin övladlarını orduda xidmətə buraxmadıqlarının da fərqində deyil. O, sanki ölkəsində baş verən narazılıqlardan xəbərsizdir. Azərbaycan torpaqlarında həlak olan əsgər və zabitlərin meyidlərini Ermənistan dərələrində nə qədər müddət gizlədib saxlayacığını heç özü də bilmir. Valideynlər günlərdir ki, hökumət idarələrinin qarşısına toplaşaraq övladlarının öldü-qaldısından xəbər verilməsini tələb edirlər. Ancaq onlara heç bir məlumat verilmir və bu, gərginliyi daha da artırır.

Görünən odur ki, Ermənistan tərəfi artıq gənclərin döyüşlərə qatılmaq istəmədiyini qəbul edə bilmir və pərakəndə dəstələrlə öz “qalibiyyət dastanı”nı yazmaq istəyir. Bu isə Don Kixotun yel dəyirmanına qarşı apardığı gülüş doğuran mübarizəsinə bənzəyir. Yəni, o, müharibəyə qeyri-ciddi yanaşır.  Bizdə belə bir el deyimi var və onu Paşinyan kimi iddiası imkanından böyük olanlara da şamil etmək olar: Nikol, bu, sənə dım-dım halvası deyil.