07 sentyabr 2019 11:11
150

Nikola Yurçeviç: İntensiv oyun izlədik

Qələbə münasibətilə rəqibi təbrik edirəm. Hər iki komanda oyuna yaxşı hazırlaşmışdı və intensiv oyun izlədik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığması ilə qarşılaşan futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, komanda olaraq düzgün oynadıq, sona qədər mübarizə apardıq. Təəssüf ki, bəxtsiz qollar buraxdıq. Halbuki 1 xal qazanmağa layiq idik. Futbolçularımın çıxışından razı qaldım və onlarla qürur duyuram.

“Bizi qarşıda daha çətin rəqiblə oyun gözləyir. Xorvatiya millisi səfərdə Slovakiyanı 4:0 hesabı ilə məğlub edib. Uşaqlarla danışdıq, bilirəm ki, hamı məyusdur. Ancaq toparlanmalıyıq”, - deyə N.Yurçeviç əlavə edib.

Qeyd edək ki, Kardiff şəhər stadionunda keçirilən oyunda Uels millisi Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.