20 iyun 2019 16:47
1060

“Nizami” metro stansiyasında eskalator əsaslı təmir olunur

“Nizami” metro stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110 min kilometr qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabrda eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. Həmçinin “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.