22 yanvar 2020 13:18
1510

N.Nərimanov adına NQÇİ-də istehsalat müşavirəsi keçirilib

“Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu, hasilatın artırılması üçün hazırlanmış Tədbirlər Proqramının müzakirəsi ilə müşavirə keçirilib.

“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov N.Nərimanov adına NQÇİ-nin gələcək perspektivlərindən danışıb, neft-qaz hasilatının artırılması istiqamətində görüləcək işlərdən söz açıb. Son illər “Bulla-dəniz” yatağında quraşdırılan yeni platformaların, qazılan yeni quyuların əməhiyyətini vurğulayan baş direktor kollektiv qarşısında mühüm tapşırıqlar qoyub.
Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu ilə bağlı hesabat verib.

Müşavirədə bir sıra təkliflər səsləndirilib, qarşıda duran mühüm vəzifələr müzakirə edilib.