14 iyun 2019 18:21
295

Novruz Məmmədov Tacikistanda səfərdədir

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün iyunun 14-də Tacikistanın paytaxtı Düşənbəyə səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfər çərçivəsində Baş Nazir Novruz Məmmədovun Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla ilə görüşü olub.