19 oktyabr 2019 13:13
712

Nümayişlərdə iştirak edən 70 nəfər tutulub

Hökumət əleyhinə nümayişləri dayandırdıqdan sonra Beyrutun mərkəzindəki ordu mexanizmləşdirilmiş patrulları bütün əsas kəsişmələri tutublar.

Trend-in məlumatına görə, bu barədə "El Nashra" xəbər portalı bildirib.

Məlumata əsasən, mağaza və bankaların pəncərələrini qıran və soyğunçuluq edən 70 nəfər tutulub.

Riad Solha meydanındakı hökumət sarayı yaxınlığında baş verən qarşıdurmalar nəticəsində 52 əsgər və polis xəsarət alıb.

Aksiya iştirakçıları arasında xəsarət alanların sayı barədə məlumat verilmir.