24 iyul 2020 22:18
566

Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Aksiya iştirakçılarının APA-ya verdiyi açıqlamaya görə, Birləşmiş Millətlər Təşkilatının binası qarşısında keçirilən aksiya daha sonra Ermənistanın Nyu-Yorkdakı nümayəndəliyi qarşısında davam edib.

Aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə diasporunun nümayəndələri də iştirak edib.