29 yanvar 2020 10:09
903

Nyu-Yorkdakı sərgidə ölkəmiz təmsil olunub

Nyu-Yorkun Jacob K. Javits Konvensiya Mərkəzində "Səyahət Şousu-2020" adlı sərgi təşkil edilib.

"İki sahil" xəbər verir ki. sərgidə Azərbaycanı Nyu-Yorkda fəaliyyət göstərən “Mənim Yolum uşaq və gənclərin İnkişaf mərkəzi” təmsil edib. Mərkəzin milli geyimli yetirmələri sərgi iştirakçılarına və ziyarətçilərə Azərbaycan rəqslərini təqdim ediblər.

Qeyd edək ki, Nyu-Yorkda “Səyahət şousu” sərgisini hər il "The New York Times" qəzeti təşkil edir. Şimali Amerikada ən böyük səyahət şousu olan bu sərgiyə 175-dən çox ölkənin 700-dən çox iştirakçısı qatılır.