09 sentyabr 2019 10:44
97

“NZS” qəsəbəsinin bəzi küçələrində hərəkət qismən məhdudlaşdırılacaq

Sentyabrın 9-da səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 kilometr uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilə əlaqədar sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.