23 oktyabr 2020 15:45
775

O, ÇL-də həftənin futbolçusu seçildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, qrup mərhələsinin birinci turunun oyunlarından sonra bu ada Almaniya "Bavariya"sının futbolçusu Kinqsli Koman layiq görülüb.

24 yaşlı vinger evdə İspaniya "Atletiko"sunu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.