Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 sentyabr 2020 22:41
443

Obameyanq “Barselona”nın təklifini rədd edib

"Arsenal"ın futbolçusu Pier-Emerik Obameyanq "Barselona"nın transfer təklifini rədd edib.

"İki sahil" qol.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. 31 yaşlı hücumçu London təmsilçisi ilə müqaviləsini yeniləməzdən əvvəl bir neçə klubdan, xüsusilə də "Barselona"dan transfer təklifi aldığını deyib. Lakin o, Kataloniya klubuna keçmək istəmədiyini bildirib.

Qeyd edək ki. P.E.Obameyanq "Arsenal"a 2018-ci ilin yanvar ayında Dortmund "Borussiya"sından transfer olunub. O, geridə qalan mövsüm 36 matça çıxaraq, 22 qol vurub və 3 qolun ötürməsini verib.