25 iyun 2020 14:17
712

Obameyanq "Yuventus"un "radar"ında

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İtaliyada davam etdirə bilər.

“İki sahil" “Le10Sport"a istinadən xəbər verir ki, "Yuventus" Obameyanqın transferində maraqlıdı. Tərəflər arasında hələlik rəsmi danışıqlar baş tutmayıb.

30 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Yuve" ilə yanaşı, "Barselona", "Real", "İnter" və PSJ Obameyanq uğrunda mübarizə aparır.

Qabonlu oyunçu 2018-ci ilin qışında Dortmund "Borussiya"sını London klubuna dəyişmişdi. Cari mövsümdə 32 matçda meydana çıxan Obameyanq 20 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.