08 fevral 2019 17:10
409

Obradoviç millimizə 23 futbolçu çağırdı

Fevralın 10-dan 12-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. "İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, serbiyalı baş məşqçi Milan Obradoviç 23 futbolçuya dəvət göndərib.

Murad Qayalı, Nurlan Quliyev (hər ikisi “Keşlə”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Kamran İbrahimov, Ömər Buludov, Rəhman Daşdəmirov, Anton Krivotsyük, Əli Şirinov (hamısı “Neftçi”), Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov (hamısı “Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Baxşəli Baxşaliyev, Süleyman Əhmədov (hamısı “Sumqayıt”).