30 yanvar 2019 18:46
332

"Oğlumun ölüsünü mənə göstərmədilər"

Müğənni Roza Zərgərli doğularkən ölən oğlu haqqında etiraf edib.

"İki sahil" Axşam.Az-a istinadən bildirib ki, sənətçi "Bizimləsən" verilişində bildirib ki, hər zaman övladının ölmədiyini düşünür:

"Bənövşəm əkiz doğulub, o biri uşaq oğlan idi. 20 il qabaq doğulub... Çətin əməliyyat oldu, doğulanda gördüm. Sağ idi... 

Sonra reanimasiyaya düşdüm, əməliyyat olundum, 3 gün sonra ayıldım. Onda dedilər ki, uşaq öldü. Mənə ölüsünü göstərmədilər. Hər zaman düşünürəm ki, övladım hardasa yaşayır. Kaş çıxıb gələrdi ki, yaşayır".