26 yanvar 2020 19:37
1116

Oğuzda meşəlik ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Oğuz rayonunda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.