14 may 2019 20:26
419

Okeanın ən dərin çökəkliyindən nə tapıldı?

Okeanın ən dərin nöqtəsi olan Marianna çökəkliyində kəşfiyyat işləri aparılıb.

Amerikalı sualtı kəşfiyyatçı dənizin dibində plastik qab tapıb. BBC-nin məlumatına görə, Viktor Veskovo Sakit okeanın 11 min metrlik Marianna çökəkliyinə enərək rekorda imza atıb. Onun aparatı okeanın dibindəki təzyiqə davam gətirəcək şəkildə istehsal edilib və Viktor 10 min 927 metr dərinliyə qədər enərək çuxurun dibində 4 saat qalıb. Veskovo dəniz canlıları və rənqli qayalıqlarla yanaşı plastik paket və qab da tapıb.

Ondan sonra isə komandası da Marianna çökəkliyinə enib. Komanda dənizin 3 fərqli nöqtəsində “amfipot” adlı 4 yeni qabıqlı heyvan növü kəşf edib. 7 min metr dərinlikdə “qaşıq soxulcanı”, 8 min metrdə isə çəhrayı dəniz ilbizi kəşf edilib.