23 iyul 2019 16:54
882

"Öləndə məni bu xalla tapacaqlar"

Müğənni Aygün Mahmudova görünüşündə bəyənmədiyi amili açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "5/5" verilişinə qonaq olan sənətçi aparıcının "Alnının ortasında xal var, hind qızlarına oxşayırsan" sualına belə cavab verib:

"Bu xalı heç sevmirəm. Kəsdirmək istəyirəm. Amma deyirəm ki, ölüb-etsəm, bu xalla məni tanıyarlar".

Aygün trend olan mahnılardan söz açıb. O, həmkarlarına səslənərək, musiqimizi pis günə qoymamalarını deyib:

"Onları sevməsəydi, trendə düşməzdilər. Onları sevənlər çoxdur. İndi miks edilən mahnıları gənclər sevir. Nə edirlər etsinlər, yaxşı oxusunlar. Salıblar "trend" sözünü dilə. Necə trend olurlar ki, üç-beş gündən sonra mahnı unudulur".