Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, UEFA-nın saytına keçirilən səsvermədə "Çelsi"nin hücumçusu Olivye Jiru birinci olub. O, digər namizədlər "Başakşəhər"dən İrfan Kahveci "Zalsburq"dan Merqim Beriş və "İnter"dən Rumelu Lukakunu qabaqlayıb.
Qeyd edək ki, O.Jiru ÇL-in qrup mərhələsinin 5-ci turunda "Sevilya"ya 4:0 hesabı ilə qalib gəldikləri matçda komandasının bütün qollarının müəllifi olub.