11 fevral 2020 20:10
1050

Ölkəmiz turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

BMT-nin Dünya Turizm Təşkilatının son hesabatına əsasən Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

Belə ki, bir qədər əvvəl açıqlanan “İnternational Tourism Highlights 2019”un məlumatında da bildirilir ki, Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci illə müqayisədə 2018-ci ildə 6,2 faiz artım qeydə alınıb. Müqayisə etdikdə görmək olur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region ölkələrini, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin 2019-cu ildə 11,4 faiz artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla bu sahədə ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib.

Belə ki, BMT-nin Dünya Turizm Təşkilatının hesabatında qeyd olunub ki, vacib idman tədbirlərinə ev sahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları Azərbaycanda turizmin inkişafını təşviq edib: “Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, mu?xtəlif turizm fəaliyyət no?vlərinin səmərəli təblig?i, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyo?nlu? inkis?afı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sag?lamlıq, perspektivli qıs? turizmi və ekoturizmin inkis?afına investisiya qoyulus?ları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir.”

Sözsüz ki, turizm qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən biridir. Həmçinin beynəlxalq metodologiyalara əsasən də ölkənin əlverişli coğrafi mövqeyindən istifadə edilməklə hava əlaqəsinin və əlçatanlığının artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması ilə yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artıb. Turizm dövlət-özəl tərəfdaşlığı əsasında xarici investisiyaların əsas payı ilə ekoloji dayanıqlıq prinsipləri əsas götürülməklə kəndlərin və regionların inkişafının əsas təkanverici qüvvəsi olaraq Azərbaycanın beynəlxalq arenada qabaqcıl mövqe tutmasına şərait yaradır.

Hesabatda bildirilir ki, “Brexit” prosesi (Böyük Britaniyanın Avropa Birliyindən çıxması), geosiyasi və ticari gərginlik, qlobal iqtisadiyyatdakı yavaşlama, eyni zamanda, Avropadakı bir neçə aşağı büdcəli aviaşirkətlərin qəza hadisələri kimi mənfi faktorların mövcud olmasına baxmayaraq, 2019-cu ildə beynəlxalq turist axını 4 faiz artaraq 1,5 milyarda çatıb. Ən çox inkişaf Mərkəzi Asiya ölkələrində 8 faiz, Asiya və Sakit Okean ölkələrində 5 faiz qeydə alınıb. Dünyada son 9 ildə ən çox səfərlərin olduğu Avropaya (Azərbaycan da daxil olmaqla) turist axını 4 faiz artıb.

Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir, bu istiqamətdə mühüm işlər görülür. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurası Bakıda “Travel Business Azerbaijan 2020” konfransını təşkil edəcək. Tədbirdə 500-ə yaxın yerli turizm sərgisi 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcəkdir. Bundan başqa, 2018-ci ildə Azərbaycan Turizm Şurası ölkənin turizm potensialını və imkanlarını təbliğ etmək məqsədilə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Hindistan da daxil olmaqla 6 ölkədə tamamilə yeni milli turizm ofislərini istifadəyə verib. Həmçinin növbəti illərdə dörd yeni ofisin açılacağı, onlardan ikisinin İngiltərə və Cənubi Koreyada yerləşəcəyi bildirilir. Bu kimi yeniliklər Azərbaycanda turizm sektoruna əhəmiyyətli dərəcədə öz tövhəsini verərək böyük inkişaf təmin edir.

Cavid Əkbərov, “İki sahil”