Türkiyənin "Qalatasaray" klubu futbolçusu Omar Elabdellauinin xəstəxanadan evə buraxıldığını açıqlayıb.
"İki sahil" xəbər verir ki, Mərakeş əsilli əlcəzairli müdafiəçinin müalicəsi evində davam etdiriləcək. 29 yaşlı oyunçu dekabrın 31-də - Yeni İl günü əlində fişəng partladığı üçün üzündən xəsarət almışdı. Qeyd edək ki, Omar Elabdellaui 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edir.