02 iyun 2020 00:00
1213

Ömər Buludov daha 1 il "Neftçi"də

"Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

"İki sahil" kluba istinadən məlumatına görə, flaqman yetirməsi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşmanı daha 1 illiyə artırıb.

Ö.Buludov klubun saytına müsahibəsində deyib ki, artıq bir söz deməyə ehtiyac yoxdur: "Hamı bilir ki, "Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm".

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.