24 sentyabr 2020 22:33
1228

Ömrünüzü ən az 20 il uzadın...

Elm adamları DNT-lərimizin ecazkar xüsusiyyətlərini kəşf etməyə davam etdikcə, biz də daha uzun yaşamağın sirlərini öyrənirik. Uzun və mənalı həyatın sirləri nədədir?

Ev yeməyi yeyin

Fastfood, şirniyyatlar, yararsız yeməklər və zərərli yağlardan çəkinin. Evdə yemək bişirin və yeyin. Güclü ürək və sağlam beyin üçün isə qəhvə əvəzinə yaşıl çay istehlak edin.

Ailə üzvləriniz və dostlar vacibdir

Ünsiyyət beyin fəaliyyəti baxımından əhəmiyyətlidir. Vaxtınıza dəyər verin , dostlarınızla birlikdə festivallara gedin, səyahətlərə çıxın. Birlikdə yeni şeylər kəşf edin.

Ən azı 6 saat yuxu

Sağlamlıq üçün yuxu mütləqdir. Yetərli yuxu bədənin ehtiyac duyduğu enerjini yığır. Beləliklə, beyin məlumatları işləyir və sinir sistemini sabitləşdirir.

Dəniz məhsulları istehlak edin

Daha az qırmızı ət, daha çox balıq yeyin. Daha az qırmızı ət yemək xərçəng riskini azaldır, tərkibindəki amin turşuları sayəsində daha çox dəniz məhsulları istehlak etmək də sonradan yarana biləcək yaddaş pozulması riskini azaldır.

Həftədə 150 ​​Dəqiqə

Hər gün 30-40 dəqiqə idman edin. Bir az gəzinti, yoqa və ya yuxudan əvvəl hər hansı bir yüngül idman hərəkətləri də ömrü uzadır. Digər tərəfdən, aktiv həyat tərzi hormonları tarazlaşdırmağa və tənzimləməyə kömək edir, ürək və sinir sistemini gücləndirir.

Ev heyvanı alın

Kim deyə bilərdi ki, uzun bir ömrün sirlərindən biri ev heyvanına sahib olmaqdır. Heyvanların insanlarla əlaqəsi və təmənnasız sevgisi sahiblərinin daha uzun yaşamaq istəməsinə səbəb olur.

Hər gün 10-15 dəqiqə düşüncə

Müntəzəm meditasiya beyin hüceyrələrini stimullaşdırır və ürək xəstəliyi riskini azaldır. Bundan əlavə, yuxu pozğunluğu varsa, bu çatışmazlığı aradan qaldırmaq üçün əhəmiyyətli bir rol oynayır.

70-dən sonra işə davam edin

Aktiv iş həyatınıza davam etmək də beyninizin enerjili qalmasına kömək edir. Özünüzə diqqəti və ictimai həyatınızı daha canlı yaşadır.

Xoşbəxt evlilik

Evlilik və uzun münasibətlərin insan ömrünü uzatdığını söyləyirlər. Bununla birlikdə, burada vacib məqam evliliyin xoşbəxt olmasıdır. Başqa sözlə, bu qayda sevgi və hörmətlə davam etdirilə bilməyən evliliklərə şamil edilmir.

Uzun ömrün sirləri əslində bir sirr deyil, yalnız özünüzə və sağlamlığınıza diqqət yetirməkdir.

Samirə İsmayılova, “İki sahil

Bölmədən digər xəbərlər