23 sentyabr 2020 23:58
899

Onların oxşarları işsiz qalıb - FOTO

Şahzadə Harri və Meqan Marklın oxşarları evli cütlüyün Los-Ancelesə köçməsi ilə işsiz qalmalarından şikayətləniblər.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, üç il əvvəl cütlük nişanlanandan sonra onların oxşarları bütün dünyada qastrol səfərlərində olub. Lakin məşhur cütlük Los-Ancelesə köçəndən sonra onlar işlərini itirib.

26 yaşlı Freddi Merlounun sözlərinə görə, Harriyə bənzərliyi çoxdur, ancaq sevgilisinin də Meqan Markla oxşaması onları cəmiyyətdə tanıdıb. Cütlük əvvəlcə fotosessiyalarda iştirak edib və bunu ciddi iş kimi qəbul etməyib.

Hazırda Freddi model agentliyi ilə işləyir, ancaq şahzadə Harrinin oxşarı kimi işləmək aktuallığını itirib.

Marklın bənzəri olan 39 yaşlı Daniel isə ofis meneceri işləyir. O, kraliyyət ailəsinin üzvlərinin ABŞ-a köçməsi ilə işsiz qaldıqlarını etiraf edir, ancaq şahzadənin xanımının ikinci hamiləliyinin onlara məşhurluğu yenidən qaytaracağını hesab edir.