29 iyul 2020 14:25
324

Onlayn formatda tədbir keçirilib

YAP Tərtər rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə onlayn formatda tədbir keçirilib. Tədbirdə rayon təşkilatının Şura üzvləri, həmçinin Gənclər Birliyinin, Qadınlar Şurasının, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov təşkilatın 27 illik fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən tərtərlilər partiya sıralarına həvəslə qoşulurlar: “1993-cü il iyulun 25-də yaradılan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının hazırda 6 min 722 nəfər üzvü var. Üzvlərin 3630 nəfərini qadınlar, 1409 nəfərini isə gənclər təşkil edir”.

Onlayn tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısındakı böyük xidmətlərindən danışıb.

Tədbirdə, həmçinin rayon təşkilatı Şurasının üzvü Sahib Həsənov, rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə, Seydimli kənd ərazi ilk partiya təşkilatının sədri Hicran Hüseynova, fəal gənc Şəhram Quliyev, rayon təşkilatı aparatının məsləhətçisi Əli Paşayev və partiya veteranı Zakir Bağırov çıxış edərək 27 il ərzində rayon təşkilatının keçdiyi uğurlu yola nəzər salıblar.