04 iyun 2020 17:27
1203

Operativ Qərargah: Gələcəkdə həftə sonları və bayram günləri hərəkət məhdudlaşdırıla bilər

“Gələcəkdə həftə sonları və bayram günlərində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib”. “İki sahil” APA-ya istinadən xəbər verir ki,  bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O qeyd edib ki, tək həftə sonu qapanma xəstəliyin ayılmasının qarşısını almaq üçün yetərli deyil: “Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.