15 yanvar 2021 18:07
743

Ötən il 201 milyon dollarlıq pomidor ixrac olunub

2020-ci ildə Azərbaycan xarici ölkələrə dəyəri 607 milyon 511,33 min ABŞ dolları dəyərində 606 min 555.90 ton meyvə-tərəvəz ixrac edib.

"İki sahil" Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2019-cu il ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 0,3 faiz artıb, həcmi isə 3,5 faiz azalıb.

Hesabat dövründə 201 milyon 353.53 min dollar dəyərində 187 min 539.39 ton tomat ixrac edilib ki, bu da 2019-cu ilin göstəricisini müvafiq olaraq 6,4 faiz və 7,4 faiz çoxdur.

2020-ci ildə 116 milyon 335.54 min dollar dəyərində (7,4% azalma) 18 min 892.89 ton (azalma 16,5%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 29 milyon 500.86 min dollar dəyərində 72 min 87.60 ton alma ixrac olunub ki, bu göstərici dəyər olaraq 26,4 faiz, həcm olaraq isə 25,6 faiz azalıb.

Ötən il ərzində ölkədən 91 milyon 586.68 min dollar dəyərində (12,5% azalma) 125 min 771.80 ton (azalma 14%) xurma ixrac olunub.