07 avqust 2020 17:44
799

Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb

Ötən il ölkə üzrə pnevmoniyadan 678 nəfər ölüb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən 338 nəfəri kişi, 340 nəfəri isə qadın olub. Onlardan 111 nəfəri 0-17 yaşda uşaqlar olub.

Məlumata əsasən, bronxların və ağciyərlərin bədxassəli yenitörəməsindən isə 1405 nəfər ölüb. Onlardan 1155-i kişi, 250-si qadın olub.

Ötən il Azərbaycanda yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından 63 nəfər ölüb. Ölənlərdən 35 nəfərini kişi, 28 nəfərini isə qadınlar təşkil edib. Onlardan 50 nəfəri 0-17 yaş aralığında uşaqlardır. 

Məlumata əsasən, qripdən ölənlərin sayı 3 nəfər olub. Onlardan 2-si kişi, 1-i qadın olub. Qeyd olunub ki, ölənlərdən biri uşaqdır. 

2019-cu ildə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Şəmkirdə (6 nəfər) və Sumqayıt şəhərində (5 nəfər) daha çox olub.

Bildirilib ki, ötən il yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları və qrip diaqnozu ilə ilk dəfə qeydə alınanların sayı 337 300 nəfər olub.