27 yanvar 2020 13:37
954

Ötən il ət istehsalı artıb

2019-cu ildə ölkədə 573,3 min ton, yaxud əvvəlki ilə nisbətən 3 faiz çox diri çəkidə ət, 2 milyon 129,4 min ton (2,4 faiz çox) süd, 1 milyard 827,1 milyon ədəd (9 faiz çox) yumurta, 16,1 min ton (1,6 faiz çox) yun istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.