10 yanvar 2020 14:15
243

Ötən il Masallının bu 3 kəndinin cəmi əhalisinin sayı 1 nəfər artıb

"Masallı rayonunun Miyankü ərazisində ötən il 12 doğum, 4 nikah və 11 ölüm faktı qeydə alınıb".

“İki sahil” Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, bunu Masallı rayon İcra hakimiyyəti başçısının Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Məmmədov “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat yığıncağında deyib.

Bildirilib ki, Miyankü kənd inzibati ərazi dairəsi Miyankü, Kubin və Nəzəroba kəndlərini əhatə edir.

Ərazinin ümumi sahəsi 706,044 hektar, əhalinin sayı 2570 nəfərdir. Ərazidə təsərrüfatların sayı 599 olmaqla 401 yaşayış evi vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Ərazidə bir tam və bir ümumi orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 246 şagird təhsil alır. Şagirdləin təlim-tərbiyyəsilə 35 müəllim məşğul olur. Bunlardan 25 nəfəri ali və 10-u orta ixtisas təhsillidir. Ötən il 6 məzunun hamısı ali məktəbə qəbul olunub.

Ərazidə 164 ev telefonu və 95 internet abonenti vardır.

Sakinlərə adambaşına düşən norma daxilində 0,18 hektar olmaqla pay torpağı verilmişdir. Bu torpaq sahələrində son illər durğunluq tədricən aradan qaldırılır. İndiyə qədər ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı əsasən əhalinin həyətyanı torpaq sahələrindən əldə olunurdu. Belə ki, soğan 2 hektar, dənli paxlalı 2,2 hektar, sarımsaq 2 hektar, kartof 4 hektar, tərəvəz 4 hektar əkilirdi. Lakin 2019-cu ildə pay torpaq sahələrində də əkin aparılıb. Ərazidə  çay əkini üçün 3 hektar yer hazırlanıb və  həmin yerdə çay əkiləcək.

Əhalinin xüsusi mülkiyyətində 965 baş iri və 532 baş xırda buynuzlu mal-qara vardır.

Qeyd edilib ki, ərazidə qanunsuz tikinti işlərinin qarşısının alınması və zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində ardıcıl işlər aparılır. Əvvəlki illərdə 33 nəfər torpaq sahəsini zəbt etmiş və vətəndaşlar tərəfindən 5 qanunsuz yaşayış evi inşa edilib. Onların sənədləşdirilməsi ciddi şəkildə tələb olunub. Belə ki, həmin evlərdən 3-ü pay torpağında, 2-si bələdiyyə mülkiyyətində tikilib.