19 yanvar 2021 17:06
679

Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu

2020-ci ildə İstanbul beynəlxalq hava limanından 23,4 milyon sərnişin istifadə edib.

"İki sahil" xəbər verir ki, bu göstəriciyə görə İstanbul aeroportu ən "yüklənmiş" hava limanı olub.

2019-cu ildə İstanbul hava limanından istifadə edənlərin sayı 52,5 milyon nəfər olmuşdu.

Ötən il sərnişin sıxlığına görə ikinci Parisin Ruassi (22,3 milyon nəfər), üçüncü isə Londonun Hitrou (22,1 milyon nəfər) hava limanları olub.

İlk beşliyi Amsterdamın Sxiphol (20,9 milyon nəfər) və Moskvanın Şeremetyevo (19,8 milyon nəfər) hava limanları tamamlayıb.