14 yanvar 2021 00:51
217

Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub

"Sabah" və Niderlandın "Telstar" klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub.

"İki sahil" xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi bu mövsümün sonuna kimi Niderland 2-ci liqa təmsilçisində çıxış edəcək.

Ozan Can Kökcü 2019-cu ilin yayından "Sabah"da çıxış edir. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, "göy-ağ" formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.