23 sentyabr 2019 13:32
658

Özbəkistan millisinin baş məşqçisi ilə müqaviləyə xitam verilib

Hektor Kuper futbol üzrə Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən istefa verib. 

"Report" Özbəkistan Futbol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, Hektor Kuper 2018-ci ilin avqustundan Özbəkistan yığmasına rəhbərlik edib. Argentinalı məşqçi ilə 3+1 illik müqavilə imzalanmışdı. Yığma Kuperin rəhbərliyi altında bu il Asiya Kubokunun 1/8 finalında Avstraliyaya penaltilər seriyasında uduzub. Komanda DÇ-2022-nin seçmə mərhələsində son olaraq Fələstinə məğlub olub - 0:2.