27 yanvar 2020 19:14
1029

Özbəkistan vətəndaşlarına xaricə getmək məsləhət görülmür

Özbəkistanın Səhiyyə naziri Əlişir Şadmanov ölkə vətəndaşlarına müvəqqəti olaraq Çinə və digər ölkələrə getməməyi məsləhət görüb.

Nazir koronavirusun yayılması ilə bağlı yaranan mürəkkəb epidemiya vəziyyətinin dünya miqyasında təhlükəyə çevrildiyini bildirib.

Qeyd edib ki, Özbəkistan bu təhlükəyə qarşı lazımi tədbirlər görür. Belə ki, hava limanlarında, avtomobil və dəmir yollarında sanitar-epidemiya işləri və miqrasiya nəzarəti gücləndirilib.

Nazir deyib: “Çindən gələn hər bir şəxs ciddi həkim müayinəsindən keçir. Lakin bu, tam təhlükəsizliyə təminat vermir. Koronavirus hava yolu ilə insandan insana keçir, 14 gündən sonra ölüm baş verir”.

Ə.Şadmanov vurğulayıb ki, Özbəkistanda koronavirusa yoluxma halı qeydə alınmayıb.

Özbəkistan Dövlət Turizm Agentliyinə də məsləhət görülüb ki, vəziyyət sabitləşənə qədər Çinə turist göndərilməsin. //AZƏRTAC