27 iyun 2020 13:16
231

Özbəkistanda COVİD-19-a yoluxanlar çoxalır

Özbəkistanda son sutkada COVID-19-a 262 nəfər yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bu, pandemya başlayandan sutkalıq ən yüksək rəqəmdir. Sutkalıq ən yükək yoluxma (255 nəfər) iyunun 24-də eydə alınıb.

Bildirilib ki, yoluxanların sayı 7 490 nəfərə çatıb, 4 877 pasiyent müalicə alaraq sağalıb. Ölkə üzrə 20 nəfər virusun qurbanı olub.

Bir müddət əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirmişdi ki, koronavirusla bağlı vəziyyət çox mürəkkəb xarakter alır, pandemiyaya qarşı mübarizədə sayıq olmaq lazımdır.