28 iyun 2020 22:26
687

Özbəkistanda COVID-19 həkim öldürdü

Özbəkistanda COVID-19 koronavirusuna yoluxmuş 52 yaşlı həkimin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, ölkədə ilk həkim ölümü qeydə alınıb.

AZƏRTAC Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə ölkədə virusa 225 yoluxma halı aşkarlanıb, xəstələrin ümumi sayı 7813 nəfərə çatıb.

Pandemiya dövründə Özbəkistanda virusdan 21 nəfər ölüb, 5 min 248 xəstə sağalıb. Hazırda respublikanın tibb müəssisələrində 2 min 544 xəstənin müalicəsi davam edir. Onlardan 19-nun vəziyyəti ağırdır.